» » Boksçularımız Rusiyadan 7 medalla qayıtdı

Boksçularımız Rusiyadan 7 medalla qayıtdı

Bölmə: Idman
Boksçularımız Rusiyadan 7 medalla qayıtdıRusiyanın Beloyarski şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin Dünya Kuboku yarışına yekun vurulub.

trend Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, komandamız turnirdə 1 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub.

49 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Salman Əlizadə finalda Özbəkistan nümayəndəsi Abdulla Kuçkarovu məğlub edərək 1-ci pilləyə yüksəlib. Kamran Şahsuvarlı (75 kq) yalnız həlledici görüşdə rusiyalı Andrey Kovalçuka uduzub. 91 kq çəki dərəcəsində çıxış edən Rahil Məmmədli də Vətənə gümüş medalla dönüb. Həmyerlimiz finalda litvalı Tadas Tamaşauskasa məğlub olub.

Dörd boksçumuz – Kənan Hüseynəliyev (56 kq), Salman İbrahimov (64 kq), Rauf Rəhimov (81 kq) və Asəf Aslanlı (+91kq) bürünc medalla kifayətləniblər.

Millimiz Rusiya, Rusiya-2 və Özbəkistandan sonra ümumkomanda hesabında 4-cü yeri tutub. Qeyd edək ki, yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler