» » Əliyar Ağayev “Espanyol”un futbolçusunu qovdu

Əliyar Ağayev “Espanyol”un futbolçusunu qovdu

Bölmə: Idman
Əliyar Ağayev “Espanyol”un futbolçusunu qovdu
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin III turunda “Ludoqorets” – “Espanyol” görüşünü idarə edib. “Xalqinfo” xəbər verir ki, Razqradda baş tutan qarşılaşmadan qonaqlar qalib ayrılıb.

Belə ki, “Espanyol” Viktor Kampuzanonun 13-cü dəqiqədə vurduğu yeganə qol sayəsində aktivinə 3 xal yazdırıb. Həmyerlimizə də kifayət qədər iş düşüb. Belə ki, meydan sahiblərini 3 sarı vərəqə ilə cəzalandıran Ağayev son 5 dəqiqədə ispaniyalılara 3 sarı, 1 qırmızı vərəqə göstərib.

O, 88-ci dəqiqədə Xavi Lopesi ikinci sarı vərəqə ilə meydandan qovub.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler