» » Azarkeşlər futbolçunu döyə-döyə öldürdü

Azarkeşlər futbolçunu döyə-döyə öldürdü

Bölmə: Idman
Azarkeşlər futbolçunu döyə-döyə öldürdüArgentina III liqasında faciə yaşanıb. apasport.az saytının məlumatına görə, “Tiro Federal” və “Çakarito" matçında futbolçular arasında dava düşüb. “Tiro Federal”ın 3:1 hesabı ilə öndə olduğu qarşılaşmada oyunun baş hakimi görüşü təxirə salıb. Buna səbəb isə oyunçular arasında davadan sonra hakimin 8 futbolçunu meydandan qovması olub. Bundan sonra faciə baş verib. Stadionun kənarındakı azarkeşlər "Tiro Federal"ın kapitanı Franko Antonio Nietoya hücum edib. Başından xəsarət alan 33 yaşlı oyunçu xətəxanaya çatdırılsa da, həkimlər onun həyatın xilas edə bilməyib. Hadisədən sonra polis 3 nəfəri saxlayıb.

Qeyd edək ki, İspaniya La Liqasının XIII turunda “Atletiko” - “Deportivo” oyunundan əvvəl iki komandanın azarkeşləri arasında baş verən dava nəticəsində 1 nəfər ölmüşdü.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler