» » “Barselona“ya şad, “Real“a bəd xəbər

“Barselona“ya şad, “Real“a bəd xəbər

Bölmə: Idman
“Barselona“ya şad, “Real“a bəd xəbərİspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Barselona" klubunun Lionel Messinin cəzasının ləğvi ilə bağlı müraciətinə cavab verib.

Xalqinfo.az Qol.az-a istinadən xəbər verir ki, komitə Kataloniya təmsilçisinin etirazlarını müsbət dəyərləndirərək Messinin "Valensiya" ilə görüşdə aldığı sarı vərəqəni ləğv edib.

"Valensiya" ilə oyunda azarkeşlər tərəfindən başına şüşə atılan argentinalı futbolçu meydançaya gec qayıtdığı və vaxtı uzatdığı üçün sarı vərəqə ilə cəzalandırılmışdı. "Barselona" klubu hakimin bu qərarına etiraz edərək cəzanın ləğv edilməsi ilə bağlı İspaniya Futbol Federasiyasına müraciət ünvanlamışdı. Nəticədə "Barselona" istəyinə nail olub.

Qeyd edək ki, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Malaqa" ilə görüşdə ikinci sarı vərəqə ilə cəzalandırılan "Real" (Madrid) klubunun yarımmüdafiəçisi İskonu bağışlamayıb. Belədə İsko La Liqanın növbəti turunda "Selta Viqo" ilə oyunda meydana çıxa bilməyəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler