» » Şəhriyar Məmmədyarov dünya çempionatına 3 qələbə ilə başladı

Şəhriyar Məmmədyarov dünya çempionatına 3 qələbə ilə başladı

Bölmə: Idman
 Şəhriyar Məmmədyarov dünya çempionatına 3 qələbə ilə başladı




Rusiyanın Sankt-Peterburq şəhərində şahmatın rapid və blits növləri üzrə dünya çempionatı start götürülüb.

Xalqinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi və Kral Salmanın adını daşıyan yarışın ilk günündə rapid növündə kişilər arasında 5 tur keçirilib.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ukraynalı Eldar Həsənov, misirli Amin Bassem və rusiyalı Aleksandr Morozeviçə qalib gəlsə də, ermənistanlı Tiqran Petrosyan və ukraynalı Anton Korobovla heç-heçə edib. Bu nəticələrdən sonra Məmmədyarov 4 xalla 4 - 18-ci yerləri bölüşür.

Azərbaycanın digər kişi şahmatçılarına gəldikdə, Qədir Hüseynov 3,5 xalla 19 - 45-ci, Rauf Məmmədov 3 xalla 46 - 89-cu pillələrdə qərarlaşıb.

Qadınların mübarizəsində isə 4 tur oynanılıb. Azərbaycan təmsilçilərindən ən yüksək nəticəni 2 qələbə, 2 heç-heçə edən Gülnar Məmmədova göstərib. O, ilk yarış günündən sonra 3 xalla 8 - 29-cu pillələri bölüşür. Günay Məmmədzadə 2,5 xalla 30 - 52-ci, Zeynəb və Türkan Məmmədyarova bacıları 2 xalla 53 - 76-cı pillələri bölüşürlər.

Qeyd edək ki, rapid növündə mübarizəyə dekabrın 28-də yekun vurulacaq. Kişilər 15, qadınlar 12 tur yarışacaqlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler