» » Qurban Qurbanov təzminatdan imtina etdi? -

Qurban Qurbanov təzminatdan imtina etdi? - Rəsmi açıqlama

Bölmə: Idman
Qurban Qurbanov təzminatdan imtina etdi? -
Millimizin sabiq baş məşqçisi Qurban Qurbanov AFFA-nın onunla bağlanan müqaviləyə vaxtından əvvəl xitam verməsinə görə təzminat almayıb.

Bu barədə oxu.az-a açıqlamasında millinin sabiq mətbuat katibi Elman Himayətoğlu məlumat verib. Qurban Qurbanov təzminatdan imtina etdiyi bildirilir.
Məsəllə ilə bağlı AFFA-nın mövqeyini öyrəndik.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti Firuz Abdulla Unikal.org-a verdiyi açıqlamada imtina ilə bağlı quruma müraciət olunmadığını deyib:

“AFFA-nın mövqeyi bununla bağlı mövqeyi belədir ki, milli komandanın sabiq baş məşqçisi Qurban Qurbanov ona ödənilməli olan təzminatdan imtinası ilə bağlı hələ ki, AFFA-ya rəsmi müraciət etməyib.

Buna görə də qaydalara uyğun olaraq, imtina etmədiyi təqdirdə ona təzminat ödəniləcək. Çünki müqavilə müddəti başa çatmamış xitam verilib”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin ötən həftə baş tutmuş iclasında Qurban Qurbanovla bağlanmış altı illik müqaviləyə xitam verilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler