» » "Qurban milliyə gəlsəydi, həm Əli aşından olacaqdı, həm Vəli"

"Qurban milliyə gəlsəydi, həm Əli aşından olacaqdı, həm Vəli"

Bölmə: Idman
"Qurban milliyə gəlsəydi, həm Əli aşından olacaqdı, həm Vəli"AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun milliyə baş məşqçi təyin edilməməsinə münasibət bildirib.

Xalqinfo.az qol.az-a istinadən xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra keçirilən mətbuat konfransında o deyib ki, Q.Qurbanov milliyə baş məşqçi təyin olunsaydı, həm Əli aşından olacaqdı, həm Vəli.

“O vaxt onu “Neftçi”yə mən gətirdim. Hamı istefa qışqıranda, mən buna qarşı çıxırdım. Qurban ağıllı və bacarıqlı məşqçidir. Amma biz onu “Qarabağ”dan ayırsaq, oradan da olacaq, buradan da. Qurban millidə 2 oyun uduzsa, hamı istefa qışqıracaq”, - deyə R.Abdullayev bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler