» » "Bu, mənim də ən yaralı yerimdi" -

"Bu, mənim də ən yaralı yerimdi" - Rövnəq Abdullayev

Bölmə: Idman, BLOK XƏBƏR
"Bu, mənim də ən yaralı yerimdi" - “İclasda Klublar Komitəsi yaradıldı. Onun üçün yaradıldı ki, klublar bir-biri ilə yaxınlaşsınlar. Onların arasında dostluq münasibətləri olsun. Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi məsələsi müzakirə olundu. Qərara gələ bilmədik. U-21 baş məşqçisi də bizə əsas millinin baş məşqçisi qədər vacibdi”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra AFFA prezidenti mətbuat konfransı keçirib. O bildirib ki, xorvatiyalı Robert Prosineçki əsas yığmaya baş məşqçi təyin edilib: “Həm cavandı, həm də milliyə yeni oyun stili gətirə bilər”.

- Topaz Premyer Liqasında 9 komanda mübarizı aparır, amma maliyyə vəziyyətləri yaxşı deyil. Varlı insanların futbola cəlb olunması mümkün deyil?
- Hamını futbola cəlb etmək mümkün deyil. İnsanların futbola gəlməsi üçün yaxşı oynamaları lazımdı. Bunun üçün heç olmasa, insanlar 1 manat verib bilet almalıdırlar. Bu kimi problemlər birlikdə həll olunur. Futbolun ictimai dəstəyi də olmalıdı. Təkcə milyonçuları cəlb etməklə alınmır. Bu, mənim də ən yaralı yerimdi.

- Dediniz ki, Məşqçilər Komitəsi klubların aşağı yaş qruplarına da nəzarət edəcək. Klublar buna qarşı çıxmayacaqlarmı?

- Xeyr. Onlar vəziyyətlə bağlı raport hazırlayacaqlar. Yəqin yadınızdadı, biz Almaniyada məşqçi kitabları alıb payladıq. Bilmirik, uşaq məşqçiləri ondan istifadə edirlərmi. Məhz bu kimi məsələlərə nəzarət etmək üçün Məşqçilər Komitəsi yaradılıb. Rayonlarda uşaq məktəblərində məşqçilərə o qədər pul ayrılır ki, onların bu pulları necə istifadə etdiyini bilmirik. Həmin komitə də məhz buna nəzarət etmək üçün yaradılıb. Bəzi futbolçular müqavilə bağlayıb, 5 manat pul alan kimi göstəriciləri aşağı düşür. Siz jurnalistlər də bunlarla iş aparmalısız. Messi desin ki, oynamasam da bu qədər pul alıram. Amma bizimkilər deyir ki, 5 manat pulum varsa, niyə özümə əziyyət verim?

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler