» » İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu -

İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu - Fotolar

Bölmə: Idman
İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu -
Türkiyənin İstanbul şəhərində 40-cı dəfə marafon yarışı təşkil olunub.

Xalqinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 15 iyul Şəhidlər Körpüsünün yaxınlığından başlayan qaçış Sultanəhməd Meydanında başa çatıb.

42 km 195 metrlik məsafəni kişilər arasında keniyalı atlet Feliks Kimutayi birinci bitirib. O, həmin məsafəni 2 saat 9 dəqiqə 57 saniyəyə qaçaraq rekord qırıb. Daha öncəki rekord 2 saat 22 dəqiqə 36 saniyə idi.

Bəhreynli Abdi İbrahim Abdo 2 saat 10 dəqiqə 37 saniyə ilə ikinci, Keniya əsilli fransız Abraham Kiprotiç isə 2 saat 10 dəqiqə 55 saniyə ilə üçüncü olub.

Qadınlarda da keniyalı atlet qalib olub. Rut Çepngetiç finişə birinci çatıb. O, məsafəni 2 saat 18 dəqiqə 35 saniyəyə qaçaraq özünə məxsus rekordu (2 saat 22 dəqiqə 36 saniyə) yeniləyib.

Onun həmyerlisi Marqaret Aqayi 2 saat 25 dəqiqə 4 saniyəlik göstərici ilə ikinci, efipoiyalı Fatuma Sado isə 2 saat 31 dəqiqə 5 saniyə ilə üçüncü olub.

İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu -
İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu -
İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu -
İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu -
İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu -
İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu -
İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu -
İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu -
İstanbuldakı marafona keniyalı atletlər damğa vurdu -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler