» » Azərbaycanlı atlet dünya çempionatında Qazaxıstana medal qazandırdı

Azərbaycanlı atlet dünya çempionatında Qazaxıstana medal qazandırdı

Bölmə: Idman
Azərbaycanlı atlet dünya çempionatında Qazaxıstana medal qazandırdı
Noyabrın 1-dən etibarən Türkmənistanın paytaxtı Aşqabadda kişilər və qadınlar arasında keçirilən ağır atletika üzrə dünya çempionatı millimiz üçün uğursuzluqla başa çatıb.

Xalqinfo.az xəbər verir ki, Aşqabad Olimpiya Kompleksində təşkil olunan və bu gün başa çatacaq yarışda 91 ölkədən 693 atlet medallar uğrunda mübarizə aparıb.

Dünya çempionatında Azərbaycanı təmsil edən yeddi oğlan idmançıdan heç biri medal qazana bilməyib.

Belə ki, Məhəmməd Məmmədli (61 kq) XXIII, Rüstəm Qasımov XXVI, Kənan Xəlilov XXV (hər ikisi 67 kq), Füqan Əliyev XXXVII, Paşa İbrahimli XXXV (hər ikisi 73 kq), Kənan Əliquliyev XXXVII (81 kq) və Yeniyetmələrin Olimpiadasında gümüş medal qazanmış Tərmenxan Babayev (89 kq) XXVIII yeri tutub.

Qeyd edək ki, azərbaycanlı atlet, Olimpiya çempionu Nicat Rəhimov təkanla qaldırmada Qazaxıstana bürünc medal qazandırıb. Müqayisə üçün onu da bildirək ki, qonşu Ermənistan iki qızıl və iki gümüş, Gürcüstan isə bir bürünc medal əldə edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler