» » Messiyə qarşı şok ittiham -

Messiyə qarşı şok ittiham - Çirkli pulların yuyulması

Bölmə: Idman
Messiyə qarşı şok ittiham -
Argetinalı prokuror Pablo Turano futbolçu Lionel Messini çirkli pulların yuyulmasında ittiham edib.

Xalqinfo.az xəbər verir ki, istintaq yaxın zamanlarda Messinin sahibi olduğu “Leo Messi” xeyriyyə fondunun fəaliyyətini yoxlayacaq. Müstəntiqlərin fikrincə, bu təşkilat çirkli pulların yuyulmasında iştirak edib.

Məlum olub ki, fondun ianələrinin bir qismi ofşor zonalardakı hesablara köçürülüb.

Qeyd edək ki, keçən ilin iyununda Messiyə qarşı daha bir məhkəmə prosesi keçirilib. O, 1,4 milyon avro dəyərində vergi ödəməməkdə ittiham edilib. Məhkəmə Messinin 21 ay həbs cəzasına məhkum edilməsi haqqında qərar çıxarsa da sonradan bunu 250 min avroluq cəriməyə çevrilməsinə razılıq verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler