» » Pasportunu məsciddə itirən legionerimizlə bağlı xəbər var

Pasportunu məsciddə itirən legionerimizlə bağlı xəbər var

Bölmə: Idman
Pasportunu məsciddə itirən legionerimizlə bağlı xəbər var
2018-ci il sona doğru yaxınlaşsa da, taekvondo millilərimizi məsul yarışlar gözləyir.

Azərbaycan Taekvondo Federasiyasının milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Musayev Oxu.Az-a açıqlamasında qarşıdakı vacib yarışlar haqda məlumat verib:

“Hazırda yeniyetmələrdən ibarət yığmamız təlim-məşq toplanışındadır. Onları İspaniyanın paytaxtı Madriddə Avropa çempionatı gözləyir.

22-23 noyabrda isə böyüklərdən ibarət komandalar arasında BƏƏ-də Qran Prinin finalı olacaq. Komandamızdan Olimpiya çempionumuz Radik İsayev və Milad Beiqi Harçeqani öz çəkilərində ilk “onluq”da yer aldıqlarından, ora dəvət olunub. Qazandıqları qələbə onlara Olimpiadaya vəsiqə baxımından səksən xal qazandıracaq.

Dekabrda isə böyüklərdən ibarət komandamızı Dünya Kuboku gözləyir. Oğlanlardan ibarət komandamız beş nəfərlə təmsil olunacaq. Qızlarda yetərsay olmadığından ayrıca yarışlarda iştirak etməyəcəklər. Amma qarışıq komandaların yarışında iki oğlan və iki qız idmançı ilə mübarizə aparacağıq.

Niyaməddin Musayevdən İngiltərədə keçirilmiş Qran Priyə gedərkən pasportunu itirmiş dağıstanlı legionerimiz Patimat Abakarovadan da danışıb:

“Çox təəssüf olsun ki, o, Mançester Qran Prisinə gedərkən İstanbulda pasportunu itirdi. İngiltərəyə təyyarəmizin uçması üçün iki saat yarım vaxt vardı. Patimat İstanbulda məsciddə pasportunu itirdi. Polisə müraciət etdik, anons verildi, lakin pasportu tapa bilmədik. Bu üzdən o, geri dönəsi oldu. Hazırda ona yeni pasport alınıb. Biz yarışdan qayıdanda İstanbulda yenidən pasportun tapılıb-tapılmadığını soruşduq. Amma tapılmadı”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler