» » Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlandı

Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlandı

Bölmə: Idman
Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlandı
Azərbaycan Milli Karate Federasiyası noybarın 6-da Madriddə start götürəcək karate üzrə dünya çempionatı üçün Azərbaycan millisinin heyətini açıqlayıb.

Xalqinfo.az xəbər verir ki, federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi inzibati heyətdə birinci vitse-prezident Fərid Əsgərov, vitse-prezident Rəhman Hətəmov, baş katib MirHəsən Seyidov, baş hakim və beynəlxalq hakim Cahangir Babayev, Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov və həkim Pərvin Əkbərov yer alıb.

İki ildən bir keçirilən dünya çempionatında 20 idmançı iştirak edəcək. 10 fərdi çəki dərəcəsi və kata yarışlarından başqa, karateçilər kişi və qadınların komanda kumite çıxışlarında, eləcə də kişilərin komanda kata turnirində mübarizə aparacaq. Baş məşqçilər Şahin Xudaverdiyev (kişilər), Anar Allahverdiyev (qadınlar), Vahid Ayvazov (kata), o cümlədən böyük məşqçilər Qurban Tağıyev, Seymur Hüseynov, Rəşad Hüseynov, məşqçi Denis Morozov, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov kumite və kata yarışlarında Azərbaycan milli komandasını müşayiət edəcəklər.

Fərdi yarışlara Firdovsi Fərzəliyev (-60 kq) Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), həmçinin Neda Rezai (kata), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) daxil edilib.

Komanda kumite yarışlarında onlara Pənah Abdullayev, Turqut Həsənov, Murad Hacızadə və Asiman Qurbanlı da qatılacaq. Komanda kata turnirində isə Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət heyət çıxış edəcək. Onlardan başqa, Sahib Əhədov, 33 ölkədən 106 idmançının qatılacağı para-karate üzrə dünya çempionatına qatılacaq.

Karate üzrə 24-cü dünya çempionatında rekord sayda, 140 ölkədən 1147 idmançı iştirak edəcək. Onlar həmçinin Tokio olimpiadasına lisenziya verən reytinq xalları uğrunda mübarizə aparacaqlar.

İTV dünya çempionatının finalları və bürünc medal görüşlərini, eləcə də mükafatlandırma mərasimlərini canlı yayımlayacaq.

İspaniyanın paytaxtına 3 noyabrda yola düşən heyət, 13 noyabr tarixində Bakıya dönəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler