» » Bakı mehmanxanalarının I Avropa Oyunlarına hazırlıq səviyyəsi qiymətləndirilib

Bakı mehmanxanalarının I Avropa Oyunlarına hazırlıq səviyyəsi qiymətləndirilib

Bölmə: Idman
Bakı mehmanxanalarının I Avropa Oyunlarına hazırlıq səviyyəsi qiymətləndirilibAzərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev Bakı mehmanxanalarının I Avropa Oyunlarına hazırlıq səviyyəsini qənaətbəxş qiymətləndirib.Xalqinfo.az trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Әbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, artıq Bakıdakı bütün otellərdə müxtəlif qurumların nümayəndələrinin iştirakı ilə monitorinqlər başa çatdırılıb: "Problemlər yerindəcə həll olunur. Amma bəzi problemlər real olaraq var".

Ölkədə belə monitorinqlərin mütəmadi aparıldığını deyən nazir qeyd edib ki, bu gün Bakıda kifayət qədər beşulduzlu otel var. Artıq regionlarda iki, üç və dörd ulduzlu otellərin tikilməsinə maraq var.

Sahibkarları konkret olaraq, iki, üç, yaxud dördulduzlu otellər tikməyə məcbur edə bilmədiklərini deyən Ә.Qarayev bildirib ki, Azərbaycanda bir neçə turizm zonasının elan edilməsi nəzərdə tutulur: "Müəyyən yerlərdə - Nabran, Xızı, Lənkəran zonası və s.-də yerlər müəyyənləşdiriləcək. Orada torpaqların sərhədləri müəyyən ediləcək. Ondan sonra inşaat işlərinə müəyyən qədər təsir göstərə biləcəyik və burada neçə ulduzlu otellər tikilməsini tövsiyə edə bilərik".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler