» » Moskva böyük azərbaycanlını yada saldı

Moskva böyük azərbaycanlını yada saldı

Bölmə: Idman
Moskva böyük azərbaycanlını yada saldıMoskvada azərbaycanlı hakimin xatirəsinə futbol yarışı keçiriləcək.

Xalqinfo.az bildirir ki, anspress-in məlumatına görə, gələn həftə baş tutacaq yarış futbol üzrə dünya çempionatını idarə etmiş Tofiq Bəhramovun xatirəsinə həsr olunub.

Yarışın keçirilməsində məqsəd Rusiya və Azərbaycan arasında əməkdaşlıq və dost əlaqələrinin gücləndirilməsidir.

Tofiq Bəhramova kubokunda 12 komanda iştirak edəcək: "Qarabağ", Ümumrusiya Azərbaycan Konqressi, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı, Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti, Türk diasporası, Slovakiya Səfirliyi, Azərbaycan Səfirliyi və digərləri iştirak edəcək.

Yarışın nəticələrinə uyğun olaraq qaliblərə mükafatlar veriləcək. Bununla yanaşı turnir iştirakçılarına yadda qalan nişanlar təqdim olunacaq. Tədbirdə ilk dəfə sonda konsert olacaq. Həmin konsertdə Rusiya və Azərbaycan mədəniyyətinin nümayəndələri çıxış edəcək.

Turnirin mükafatlandırma mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva şəhərinin Regional Əməkdaşlıq, Milli Siyasət və Dini Qurumlarla Əlaqələr departamentinin sədri Yuri Artyux, Rusiya mini futbol assosiasiyasının prezidenti Emil Əliyev və digərləri iştirak edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler