"Barselona" "El klassiko"da "Real"ı darmadağın etdi - VideoBölmə: Idman
Kataloniyanın "Barselona" klubu futbol üzrə İspaniya çempionatının 10-cu turunda Madrid "Real"ı üzərində böyükhesablı qələbə qazanıb. Xalqinfo.az xəbər verir ki, "Kamp Nou" stadionunda keçirilən "El klassiko" oyunu ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Kataloniyalılarn heyətində yarımmüdafiəçi Filippe Koutinyo və Arturo Vidal, həmçinin "het-trik"ə imza atan hücumçu Luis Suares fərqlənib. "Real"ın yeganə qolunun müəllifi müdafiəçi Marselo olub. "Barselona" bu qələbə sayəsində xallarının sayını 21-ə çatdırıb və turnir cədvəlinə liderlik edir, "Real" isə 14 xalla 9-cu yeri tutur. Növbəti turda Kataloniya komandası səfərdə "Rayo Valyekano", Madrid klubu isə evdə "Valyadolid"lə qarşılaşacaq. Hər iki matç noyabrın 3-də olacaq. İspaniya Primerosu. 10-cu tur "Barselona" – "Real" - 5:1 Qollar: 1:0 – Koutinyo – 11, 2:0 – Suares – 30 (pen), 2:1 – Marselo – 50, 3:1 – Suares – 75, 4:1 – Suares – 83, 5:1 – Vidal – 87. Bundan əvvəl "Barselona"nın baş məşqçisi "El Klasiko"nun Messi və Ronaldusuz maraqsız olmayacağını bildirmişdi. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|