» » “Lester Siti”nin sahibinin helikopteri yerə çırpıldı -

“Lester Siti”nin sahibinin helikopteri yerə çırpıldı - Yenilənib

Bölmə: Idman, MANŞET
“Lester Siti”nin sahibinin helikopteri yerə çırpıldı -
“King Power” stadionu yaxınlığında qəzaya uğrayan helikopterin göyərtəsində “Lester” futbol klubunun sahibi Vişay Şrivaddanaprabxa, onun qızı və daha 3 nəfər olub.

Xalqinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qəza nəticəsində kiminsə sağ qalması barədə rəsmi açıqlama verilmir.

***

İngiltərənin “Lester Siti” klubunun tailandlı sahibi Viçai Srivaddhanaprabhanın helikopteri qəzaya uğrayıb.

Xalqinfo.az “Goal.com”a istinadən xəbər verir ki, dünən axşam “Vest-Hem”lə (1:1) oyundan sonra “King Power “ stadionundan havaya qalxan helikopter stadionun avtomobil dayanacağına düşüb və yanıb.

Faktla bağlı klubun açıqlamasında Viçai Srivaddhanaprabhanın vəziyyəti ilə bağlı məlumat verilməyib:

“Hadisə ilə bağlı Lester polisi və təvili yardım briqadaları kömək göstərir. Dəqiq məlumatlar əldə etdiyimizdə geniş açıqlama veriləcək”.

Qeyd edək ki, Viçai 2010-cu ilin avqustundan “Lester Siti”nin sahibidir. Klub onun rəhbərliyi ilə 2015/2016 mövsümündə İngiltərə çempionu olub.


“Lester Siti”nin sahibinin helikopteri yerə çırpıldı -
“Lester Siti”nin sahibinin helikopteri yerə çırpıldı -
“Lester Siti”nin sahibinin helikopteri yerə çırpıldı -
“Lester Siti”nin sahibinin helikopteri yerə çırpıldı -
“Lester Siti”nin sahibinin helikopteri yerə çırpıldı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler