» » İslam Abbasov bürünc medalı erməni rəqibinə uduzdu

İslam Abbasov bürünc medalı erməni rəqibinə uduzdu

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
İslam Abbasov bürünc medalı erməni rəqibinə uduzdu
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında 87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov medal qazana bilməyib.

Xalqinfo.az xəbər verir ki, o, bürünc medal uğrunda görüşdə Ermənistan güləşçisi Artur Şahinyana uduzub.

İlk hissəsi 1:1 başa çatan görüşdə Şahinyan daha beş xal qazanaraq bürünc medala sahib çıxıb.

Gənclər arasında ikiqat dünya çempionumuz olan İslam Abbasov döşəyi ağlayaraq tərk edib.

Bu, cari dünya çempionatında Ermənistan güləşçilərinə ilk məğlubiyyətimiz sayılır. Bundan əvvəl yunan-Roma güləşində Taleh Məmmədov və Kamran Məmmədov erməni rəqiblərinə qalib gəliblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler