» » Meyvezerdən Həbibin çağırışına -

Meyvezerdən Həbibin çağırışına - Cavab

Bölmə: Idman
Meyvezerdən Həbibin çağırışına -
Boks üzrə 5 çəki kateqoriyası üzrə 12 qat dünya çempionu Floyd Meyvezer-balaca UFC çempionu Həbib Nurməhəmmədovun döyüş çağırışına cavab verib.

Xalqinfo.az-ın məlumatına görə, Meyvezer-balaca Tvitter səhifəsində çağırışı qəbul etdiyini yazıb:

“CBS, Showtime və MGM Grand çek kitabçalarınızı hazır edin! Həbib mənə çağırış edib. Las-Veqası yenidən möhtəşəm edəcəyik!”.

Xatırladaq ki, 30 yaşlı H. Nurməhəmmədov oktyabrın 14-də videomüraciət yayaraq özü kimi karyerası dövründə bir dəfə də olsun uduzmayan Floyd Meyvezeri döyüşə dəvət etmişdi: “İrəli, Floyd! Mən döyüşə çıxmağa hazıram. Sənin 50 qələbənə qarşı mənim 27 qələbəm! Biz heç zaman uduzmamışıq. Niyə də yox? Bu cəngəllikdə yalnız bir kral var, o da ki, mənəm. Çünki mən Konoru yerə sərdim, o isə bunu bacarmadı. Özü də mən buna asanlıqla nail oldum”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler