» » Faiq Qarayev istefa verdi

Faiq Qarayev istefa verdi

Bölmə: Idman
Faiq Qarayev istefa verdi
Qadın voleybolu üzrə millimizin baş məşqçisi Faiq Qarayev istefa verib.

Xalqinfo.az xəbər verir ki, o, millimizin dünya çempionatında uğursuz çıxışından sonra məşqçilik karyerasını başa vurub.

Bu, 59 yaşlı məşqçinin səhhətində yaranan ciddi problemlə əlaqələndirilir. Lakin o, məşqçiliyi atsa da, Voleybol Federasiyasının I vitse-prezidenti vəzifəsini icra etməkdə davam edəcək.

Bundan başqa, millimizin aparıcı üzvlərindən olan Natalya Məmmədova da yığma ilə vidalaşıb. Karyerasını Qazaxıstanın “Altay” klubunda davam etdirəcək Məmmədova bir daha millimizin formasını geyinməyəcəyini açıqlayıb. O bu qərarını gənc nəslə yol açması ilə əlaqələndirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler