Boksçumuz daha bir ermənini məğlub etdiBölmə: Idman
![]() Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir. Xalqinfo.az xəbər verir ki, 31 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin altı boksçusu qüvvəsini sınayıb. Onlardan beşi döyüşü qələbə ilə başa vurduğu halda, biri çempionatla vidalaşıb. Belə ki, boksçularımızdan Əli Zamanov ikinci sınağından da qalib ayrılıb. 48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Hayk Alaberkyanın (Ermənistan) ardından Rusiyanı təmsil edən erməni əsilli Eduard Voskanyanı da yarışdan kənarlaşdırıb. Zamanov rəqibini 3:2 (28:29, 30:27, 27:30, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda Krasimir Çurovla (Bolqarıstan) qarşılaşacaq. Görüş oktyabrın 13-də baş tutacaq. Vaqif Kazımovun rəhbərlik etdiyi komandada Turğay Mirzəyevin (57 kq) də debütü uğurlu alınıb. O, serbiyalı Branko Zeremskiyə tam üstünlüklə qalib gəlib. Mirzəyev bu gün keçiriləcək 1/8 final qarşılaşmasında belaruslu Vladislav Stselmaxovu sınağa çəkəcək. Yığma üzvlərindən Eldar Babayev (60 kq) də rəqibinə şans verməyib. Belaruslu Yan Krukovskini 4:1 hesabı ilə məğlub edən idmançımız bu gün baş tutacaq 1/8 finalda gürcüstanlı Georgi Qeqetçxori ilə gücünü yoxlayacaq. Elmir Novruzovun da ilk qarşılaşması asan alınıb. 63 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz şotlandiyalı Cey Delaniyə 5:0 hesabı ilə qalib gəlib. Novruzov bu gün 1/8 final mərhələsi çərçivəsində Corc Bans (İngiltərə) ilə münasibətinə aydınlıq gətirəcək. 70 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mehman Quliyev isə monteneqrolu Miloş Krasniçi ilə dueldən üstün ayrılıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən boksçumuz 1/8 finalda Nikolay Zafirovla (Bolqarıstan) üz-üzə gələcək. Döyüş sabah olacaq. Bu boksçulardan fərqli olaraq, Əzrək Bəbirov (54 kq) məğlubiyyətə üzülüb. Çexiyalı Dominik Stepaneklə qarşılaşan boksçumuz 1:4 hesabı ilə uduzub. Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 16-da yekun vurulacaq. |
XƏBƏR LENTİ
17.02.19 13:42 | Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17.02.19 13:40 | Azərbaycanda hava şəraiti dəyişəcək, sulu qar yağacaq
17.02.19 13:35 | Tramp yeni Suriya mesajı verdi, Avropadan dəstək istədi
16.02.19 21:40 | Zakir Həsənov BƏƏ-yə yola düşdü
16.02.19 21:36 | Daha 318 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
16.02.19 18:51 | 2024-cü ildən sonra Putin öz gələcəyini necə düşünür
16.02.19 18:21 | Nazirlər münaqişənin tənzimlənməsindən danışdılar
16.02.19 18:09 | "Provakasion çəkilişlərə əhəmiyyət verməməyə çağırırıq" -
Əli Hüseynlidən insidentlə bağlı AÇIQLAMA
Əli Hüseynlidən insidentlə bağlı AÇIQLAMA
16.02.19 18:05 | Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib
16.02.19 18:03 | "Düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır" -
Rusiya azərbaycanlılarından BƏYANAT
Rusiya azərbaycanlılarından BƏYANAT
|