» » Həbiblə bağlı qərar verildi - “Diskvalifikasiya ediləcək”

Həbiblə bağlı qərar verildi - “Diskvalifikasiya ediləcək”

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Həbiblə bağlı qərar verildi - “Diskvalifikasiya ediləcək”ABŞ-ın Nevada ştatının Atletika Komissiyası Həbib Nurməhəmmədovun cəzası haqqında ilkin fikirlərini açıqlayıb.

Xalqinfo.az xəbər verir ki, komissiya UFC 229 turnirində irlandiyalı idmançı Konor Makqreqor üzərində qələbədən sonra onun komandasına hücum edən dağıstanlı döyüşçünün kəmərinin özündə qalması barədə düşünür. Bu barədə UFC-nin prezidenti Deyna Uayt məlumat verib.

O, Həbibin pul mükafatına tam sahib çıxa bilməyəcəyini deyib: “Komissiya pulu müsadirə edib və mükafatın Həbibə tam verilməyəcəyi qənaətinə gəlib. Nurməhəmmədov çempionluq kəmərini saxlayacaq, ancaq diskvalifikasiya ediləcək. Çox güman ki, bu 4-6 ay müddətlik olacaq”.

Qeyd edək ki, Konor Makqreqor üzərindəki qələbədən sonra Həbib Nurməhəmmədov iki milyon dollar və yayımın satışından hissə qazanmalı idi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler