» » "Nurməhəmmədov çempion kəmərindən məhrum edilə bilər" - UFC-nin prezidenti

"Nurməhəmmədov çempion kəmərindən məhrum edilə bilər" - UFC-nin prezidenti

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
"Nurməhəmmədov çempion kəmərindən məhrum edilə bilər" - UFC-nin prezidenti
Rusiyalı çempion Həbib Nurməhəmmədov yüngül çəki dərəcəsində UFC çempionu titulundan məhrum edilə bilər.

Xalqinfo.az bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında UFC-nin prezidenti Deyn Uayt deyib.

"Həbib cərimə və ya diskvalifikasiya oluna bilər. Əgər diskvalifikasiya uzunmüddətli olacaqsa, biz onun çempion titulundan məhrum edəcəyik. Əlbəttə ki, sanksiyalar olacaq. Döyüşdən sonra kütlənin üstünə hücum edən oğlan burada bir daha döyüşə bilməz", - Uayt bəyan edib.

UFC prezidenti həmçinin qeyd edib ki, araşdırmanın sonuna qədər rusiyalı döyüşə görə nəzərdə tutulan iki milyon dollar məbləğində qonorarı almayacaq. İdmançıya həmçinin televiziya yayımından əldə olunan gəlirdən faiz də ödənilməyə bilər.

Qeyd edək ki, Nurməhəmmədov ə Makqreqorun komandasının nümayəndələri arasında kütləvi dava Las-Veqasda UFC 229 turnirinin əsas döyüşündən sonra baş verib.
Nurməhəmmədov oktaqondan kənara keçib irlandiyalının nümayəndəsinin söyüşünə cavab olaraq onu döyməyə cəhd edib.

İnsidentdən sonra Nurməhəmmədovun komandasının bir neçə nümayəndəsi polis tərəfindən saxlanılıb.(oxu.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler