» » Həbibə çempion kəməri verilmədi -Meneceri həbs olundu

Həbibə çempion kəməri verilmədi -Meneceri həbs olundu

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Həbibə çempion kəməri verilmədi -Meneceri həbs olundu Las-Veqasda UFC 229 turniri çərçivəsində keçirilən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gələn rusiyalı idmançı Həbib Nurməhəmmədova çempion kəməri təqdim edilməyib.

Xalqinfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Həbibin meneceri Rizvan Məhəmmədov döyüşdən sonar həbs edilib. Bütün bunların səbəbi isə oyundan sonra tamaşaçı zalında Nurməhəmmədovun azarkeşlə əlbəyaxa dava etməsi olub. Belə ki, Konorla döyüşdən sonra onun tərəfdarlarından biri Həbibə söz atıb.

Rinqdən düşən rusiyalı döyüşçü və komanda üzvləri azarkeşə hücum çəkib. Polisin müdaxiləsindən sonra tərəflər aralanıb və Nurməhəmmədov yenidən rinqə qayıdıb. Ancaq ona oktaqon sərhədlərini tərk etdiyi üçün çempion kəməri verilməyib. Daha sonra isə Rizvan Məhəmmədovla komandanın adı açıqlanmayan daha bir üzvü həbs edilib.

Həbibə çempion kəməri verilmədi -Meneceri həbs olundu

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler