» » Şəhriyar Məmmədyarov dünyanın 3 ən güclüsü arasında

Şəhriyar Məmmədyarov dünyanın 3 ən güclüsü arasında

Bölmə: Idman
Şəhriyar Məmmədyarov dünyanın 3 ən güclüsü arasındaBeynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.

Xalqinfo.az apasport.az-a istinadən xəbər verir ki, dekabr üçün açıqlanan “Top-100”də Azərbaycan təmsilçiləri də yer alıblar.

Qrossmeysterlərimizdən ən yaxşı nəticəyə yenə Şəhriyar Məmmədyarova məxsusdur. Həmyerlimiz son yarışlardakı uğurlu çıxış sayəsində 2 rəqibini qabaqlamaqla, 11-ci yerə yüksəlib. Onun aktivində 2765 xalı var.

Məmmədyarovdan fərqli, Teymur Rəcəbov mövqeyini qoruyub. Kifayət qədər turnirlərə qatılmayan həmyerlimiz 2734 xalla yenə 21-cidir.

Yığmamızın liderlərindən olan Rauf Məmmədov (2658) ötən ay “Top-100”ü tərk etsə də, yenidən ən güclülər sırasına qayıdıb. Həmyerlimiz budəfəki siyahıda 94-cü yerdədir.

Reytinq cədvəlinin ilk “üçlüyü”ndə müvafiq olaraq, Maqnus Karlsen (Norveç, 2862), Fabiano Karauna (İtaliya, 2844) və Aleksandr Qrişuk (2810) qərarlaşıb.

FİDE, həmçinin rapid və blits növləri üzrə də reytinq cədvəlini yeniləyib. Sürətli şahmatçıların “100-lüy”ündə 4 təmsilçimiz yer alıb. Burada Teymur Rəcəbov 12-ci (2776), Şəhriyar Məmmədyarov (2739) 20-ci, Qədir Hüseynov (2709) 40-cı, Rauf Məmmədov (2707) 42-cidir. Siyahıya 2858 xalla italiyalı Fabiano Karuana başçılıq edir.

Blits növündə isə Məmmədyarov ilk “üçlüyü” qapayır. Qrossmeysterimiz (2866) Karlsen (2948) və Hikaru Nakamuradan (ABŞ, 2906) geri qalır. Bu siyahıda Rəcəbov (2715) 36-cı, Eltac Səfərli (2676) 71-ci, Hüseynov (2653) 96-cı pillədədir.

Qeyd edək ki, qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler