» » Məşhur şirkətlər bəyanat yaydı -

Məşhur şirkətlər bəyanat yaydı - Ronaldonun zorlama ittiham ilə bağlı

Bölmə: Idman
Məşhur şirkətlər bəyanat yaydı -
"EA Sports” və "Nike” "Yuventus”un futbolçusu Kriştiano Ronaldonun zorlamada ittiham edilməsi ilə bağlı bəyanat yayıblar.

Xalqinfo.az xəbər verir ki, hər iki şirkət məsələni diqqətlə izlədiklərini vurğulayıblar. "EA Sports”un bəyanatında deyilir:

"Biz Ronaldoya qarşı ittihamlarla bağlı məruzə ilə tanışıq. Vəziyyəti diqqətlə izləyirik. Gözləyirik ki, idmançılar və səfirlərimiz özlərini bizim dəyərlərə uyğun aparacaqlar”.

"Nike” şirkətinin də açıqlaması eyni xarakterdə olub: "Biz buna görə bərk narahat olmuşuq. Təklif edirik ki, situasiyanı diqqətlə izləyək”.

Ronaldo "EA Sports”un siması hesab olunur. Futbolçu "Nike”la 2003-cü ildən əməkdaşlıq edir. 2016-cı ildə bağlanan müqavilə 1 milyard dollar dəyərində olub. Bu müqavilənin ömürlük bağlandığı bildirilir.

Qeyd edək ki, Ketrin Mayorq adlı qadın Ronaldonun 9 il əvvəl onu zorladığını iddia edir. Kriştiano bu ittihamı qətiyyətlə rədd edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler