» » Vasif Talıbovun "day-day"lıq etdiyi deyilən idmançı -

Vasif Talıbovun "day-day"lıq etdiyi deyilən idmançı - "Naxçıvanlısansa, elə bilirlər ki..."

Bölmə: Idman
Vasif Talıbovun "day-day"lıq etdiyi deyilən idmançı -
2015-ci ildə Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarının bürünc medalçısı, "Tərəqqi" medalı ilə təltif edilmiş, milli komandamızın üzvü, boksçu Tayfur Əliyev haqqında yayılan "day-day”ın olması məsələsinə toxunub.

Unikal.org-a danışan idmançı onun "day-day”ının Vasif Talıbov olduğu iddia etdiklərini deyib.

- Nədənsə, Sizi son zamanlar beynəlxalq arenalarda görmürük. Bunun səbəbi nədir?

- Son zamanlar yarışlara çıxa bilməməyimin səbəbi bizim yox, federasiyanın bir az zəifləməsidir.
Yarışa qədər məşqlərə hazırlaşırıq. Amma turnirə 1 həftə qalmış bizə deyirlər getmirik, pul yoxdur. Bunun üçün də yarışlara çıxa bilmirik.

- Deyirlər ki, Tayfur Əliyevin "day-day”ı var. Buna görə də o hansı səhvi etsə, millidən qovula bilməz.

- Bu sualı verən ilk siz deyilsiniz. Artıq alışmışam. Yəni naxçıvanlısansa, elə bilirlər "day-day”ın var. Mənim "day-day”ım olsaydı, illərdi Bakıda kirayədə qalmazdım.

- Bilirsiniz, kimi nəzərdə tuturlar?

- Əlbəttə, Vasif Talıbovu nəzərdə tuturlar. Bunu da yüz dəfə eşitmişəm.

- Bəs, Vasif Talıbovla görüşmusunüz?

- Əlbəttə görüşmüşəm. Vasif Talıbovla birlikdə çəkilmiş şəkilimiz var. Onu da sosial şəbəkədə paylaşmışam. Avropa Oyunlarında çıxış edən tək naxçıvanlı mən idim. Mən də medal qazandıqdan sonra Vasif Talıbov məni qəbul etmişdi. Ümumiyyətlə, tək mən yox, Naxçıvandan olan bütün idmançılar yarışlarda yer tutanda Vasif Talıbovla görüş olur.

Mən hələ bu "day-day” söbətini İlk Avropa Oyunlarından qabaq eşitmişdim. Hətta Vasif müəllim Naxçıvanın Boks Federasiyasının müavininə demişdi ki, Tayfura heç bir köməklik olmasın. Nə qazanırsa öz gücünə, biləyinin haqqı ilə qazansın. Bunu da Avropa Oyunları ərəfəsi demişdi. Yəni, heç bir "day-day”lıqdan söhbət gedə bilməz.

- "Day-day” məsələsinin ortaya atılması sizi narahat edir?

- Bunu ilk eşitdiyim vaxtlarda çox əsəbləşirdim. Çünki əziyyət çəkib qələbə qazanırsan, deyirlər "day-dayın var”. Bu da adama təsir edir. Amma artıq o fikirdə deyiləm. Çünki o fikirlərin səsləndirilməsiməni maraqlandırmır. Öz-özümə düşündüm ki, kim nə deyir desin, mən öz gücümə inanıram. Öz gücümlə qələbələr qazqanıram və qazanmağa da davam edəcəm.

- Qarşıda yarışınız var?

- Hazırda məşqlərimizi davam edirik. Yarışlarımız çoxdur. Sadəcə bilmirik gedəcəyik, yoxsa yox... Amma indi respublika çempionatına hazırlaşırıq. Ondan sonra bəlkə Neft Ölkələrinin Dünya Çempionatına qatıldıq. Amma bunu dəqiq bilmirik.

Vasif Talıbovun "day-day"lıq etdiyi deyilən idmançı -
Vasif Talıbovun "day-day"lıq etdiyi deyilən idmançı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler