» » “Polis telefonu əlimdən alıb, şəkli sildi” -

“Polis telefonu əlimdən alıb, şəkli sildi” - İngilis jurnalist

Bölmə: Idman
“Polis telefonu əlimdən alıb, şəkli sildi” - “Evening Standard”ın ingilis jurnalisti Ceyms Olley Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ” – “Arsenal” oyununu işıqlandırmaq üçün Bakıya gəlib.

Xalqinfo.az xəbər verir ki, matçdan sonra Olley Bakı metrosunda əhalinin sıx olduğu zaman şəkil çəkib və öz hesabında paylaşmaq istəyib. Jurnalist bildirib ki, polis onun əlindən telefonunu alaraq fotonu silib.

Məsələ ilə bağlı “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu tamamilə qaydalara uyğundur. Metroda foto çəkib paylaşmağa icazə yoxdur: “Polis qanunla hərəkət edib. Əgər metrodan kimsə foto paylaşmaq istəsə, hüquq-mühafizə orqanları onun qarşısını ala bilər”.

Qeyd edək ki, oyunda "Arsenal" 3-0 hesabı ilə qalib gəlib.

“Polis telefonu əlimdən alıb, şəkli sildi” -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler