» » AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı pul yeyintisində hallanıb

AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı pul yeyintisində hallanıb

Bölmə: Idman
AFFA Hakimlər Komitəsinin yeni sədrinin adı pul yeyintisində hallanıbAFFA-nın Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsi birləşdirilib və yeni quruma sabiq FIFA referisi Fritz Stuxlik sədr təyin edilib.

Xalqinfo.az xəbər verir ki, avstriyalı 1994-2009-cu illərdə FIFA dərəcəli hakim olub. Sabiq referi Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub. Stuxlik 2010-cu ildən FİFA/UEFA hakim-inspektorudur. UEFA Konvensiya meneceri, FİFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı olan avstriyalı həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb. Bu ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb.

Stuxlik barədə araşdırmalarımızda onunla bağlı Avstriya mətbuatında heç də xoş olmayan məlumatlara rast gəldik. Onun federasiyadakı işi tənqid edilib. Stuxlik Avstriya kimi futbol ölkəsində hakim yetişdirməməkdə tənqid hədəfinə tuş gəlib. Bundan əlavə, o, 1 milyonluq büdcəni şəffaf şəkildə idarə etməməkdə günahlandırılıb.

Qeyd edilib ki, Stuxlik 1 milyonluq büdcəni tar-mar edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler