» » Məhkəmə dünya çempionatının qalibinə hökm oxudu

Məhkəmə dünya çempionatının qalibinə hökm oxudu

Bölmə: Idman
Məhkəmə dünya çempionatının qalibinə hökm oxudu
DÇ-2018-in qalibi olan futbol üzrə Fransa yığmasının kapitanı Huqo Loris məhkəmə qarşısına çıxıb.

Xalqinfo.az xəbər verir ki, avqustun 24-də sərxoş halda avtomobil idarə edərkən yaxalanan İngiltərənin "Tottenhem” klubunun futbolçusu buna görə bir gün həbsdə qalmış, amma zəmanətlə azadlığa buraxılmışdı.

Artıq 31 yaşlı qapıçı məhkəmə qarşısına da çıxıb və ona sərt cəza verilib. Belə ki, hakim Lorisin 20 ay müddətinə sürücülük hüququndan məhrum edildiyini bəyan edib. Britaniya məhkəməsi Lorisi 50 min funt-sterlinq məbləğində cərimə də edib.

Loris 2012-ci ildən "Tottenhem”də çıxış edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler