» » “İspaniya ilə matçdan sonra Putin məni çağırdı” -

“İspaniya ilə matçdan sonra Putin məni çağırdı” - Çerçesov

Bölmə: Idman
“İspaniya ilə matçdan sonra Putin məni çağırdı” - Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov dünya çempionatının ¼ final mərhələsində Xorvatiyaya qarşı keçirəcəkləri oyundan öncə jurnalistlərin suallarını cavablandırıb.

Xalqinfo.az həmin müsahibəni təqdim edir:

- Xorvatiya ilə matçı həyati oyun adlandırırsınız?

- Bu dəqiqə bizim üçün ən vacib məsələdir.

- Rusiya millisi sabah hücum edəcək, yoxsa müdafiə olunacaq?

- Xorvatiya İspaniyadan fərqli komandadır. Oyunçuların səviyyəsi eynidir. Lakin onlar başqa futbol oynayırlar. Hər mövqedə bir ulduz var. Dayandırmaq üçün onlara qarşı çalışmalıyıq.

- Yəqin ki, ispanları məğlub etdiyiniz üçün əla əhval-ruhiyə var....

- Qəzetlərə və televizora baxmaqdan çəkinmirəm. İspaniya ilə matç yaxşı hekayə idi. Ancaq biz indi irəli baxmalı və bəzi şeyləri unutmalıyıq. Eyforiya lazım deyil. Turnir bizim üçün davam edir. Kağız üzərində favorit olan komandaların çox evinə yollanıb.

- Sizi bir neçə həftə əvvəl tənqid edənlər indi sizi tərifləyir...

- Çox tərifləsəniz pis ola bilər. Amma hər tənqiddən nəsə tapa bilərik. Lakin daha haqlı şeylərlə tənqid etsinlər.

- Xorvatiyalılar daha güclü liqalarda – İngiltərə, İspaniya və İtaliyada oynayır. Sizin bütü oyunçular isə Rusiya çempionatında. Bu problem ola bilər?

- Əsas olan odur ki, kim neçə çıxış edir. Bizim də Avropada oynayan futbolçularımız olub. Amma həmin vaxt komandada nəticə yox iid. Eyni zamanda təcrübə göstərir ki, daxili çempionatda çıxış edənlərlə də uğur qazanmaq olar.

- Xorvatiya millisi uyğunlaşmaq üçün çox tez Soçiyə gəldi. Çünki burada başqa iqlim var. Niyə siz Moskvada hazırlaşdınız?

- Biz əvvəlcədən havanın necə olacağını bilirdik. İndi futbol havası hökm sürür. Bundan əlavə matç 22:00-da başlayacaq. Biz başqa insanlar bir oteldə qalmaqdan çəkindik. Amma Novoqrskda təkcə bizim komanda idi.

- Rusiya prezidenti Vladimir Putin sizə dəstəyini göstərib?

- Vladimir Putin İspaniya ilə matçdan sonra məni görüşə dəvət etdi. Onun dəstəyi hər zamna xoşdur. Oyunçular bu barədə bilir və motivasiyamız artır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler