» » Ronaldo saqqalının sirrini açdı

Ronaldo saqqalının sirrini açdı

Bölmə: Idman
Ronaldo saqqalının sirrini açdı



Portuqaliya millisinin lideri Kriştiano Ronaldo dünya çempionatında saqqal buraxmasının səbəbini açıqlayıb.

Xalqinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu bunu İspaniya yığması ilə oyun ərəfəsində etdiyi zarafatın nəticəsi kimi dəyərləndirib:

"Matçdan əvvəl saunada üzümü təraş edirdim. Sonra komanda yoldaşlarıma dedim ki, İspaniyaya qol vursam, saqqalı mundialın sonunadək saxlayacam. Bəxtim gətirdi və həm İspaniyaya, həm də Mərakeşə qol vurdum. Ona görə də sözümün üstündə duracam. Saqqalı dünya çempionatı yekunlaşanadək qırxmayacam”.

Ronaldo hazırda 4 qolla turnirin bombardiridi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler