» » Keyn ingilisləri son anlarda xilas etdi

Keyn ingilisləri son anlarda xilas etdi

Bölmə: Idman
Keyn ingilisləri son anlarda xilas etdiDünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Xalqinfo.az xəbər verir ki, günün ilk matçı ilə F qrupunda ilk tura yekun vurulacaq. Hazırda İsveç millisi Cənubi Koreya ilə Nijni Novqorodda şəhər stadionunda üz-üzə gəlir.

Daha sonra isə G qrupunun kollektivləri mübarizəyə qoşulacaq. Əvvəlcə Belçika Panamanı, daha sonra İngiltərə Tunisi sınağa çəkəcək.

***

Cənubi Koreya-İsveç matçı 1-0 isveçlilərin qələbəsi ilə bitib.

65-ci dəqiqədə video hakim sisteminin yardımı ilə təyin olunan 11 metrlik cərimə zərbəsini Qranqvist dəqiq yerinə yetirib.

***

G qrupunun ilk oyunu keçirilir.

Soçinin “Fişt” stadionunda Belçika və Panama milliləri qarşılaşır. Oyunun 47-ci dəqiqəsində belçikalı Dris Mertens dəqiq zərbə ilə komandasını 1:0 hesabı ilə önə çıxarıb.

***

Oyunun 69 və 75-ci dəqiqələrində Romelu Lukaku dubl edərək komandasını 3-0 hesabı ilə irəli çıxardı.

***

Belçika Mertens (1) və Lukakunun (2) qolları ilə Panamaya 3-0 hesabı ilə qalib gəldi.

***

G qrupunda İngiltərə millisi Tunislə qarşılaşır.

***

Oyunun 11-ci dəqiqəsində Harri Keyn ingilisləri 1-0 hesabı ilə irəli çıxardı.

***

Tunis millisinin oyunçusu Fərcani Sassi 11 metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirdi.

***

Harri Keyn dəqiq baş zərbəsi ilə İngiltərəni hesabda önə çıxardı. Oyun 2-1 hesabı ilə İngiltərə millisinin qələbəsi ilə başa çatdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler