» » Tarixi utanc və ya “Şərəf qolu”

Tarixi utanc və ya “Şərəf qolu”

Bölmə: Idman, BLOK XƏBƏR, MANŞET
Tarixi utanc və ya “Şərəf qolu”Dünya çempionatının növbəti sahibi Braziliya idi. 2014-cü ildə bu möhtəşəm yarışa ev sahibliyini “sanbaçılar” etdi. Səbrsizliklə gözlənilən bu turnir cənubi amerikalıların futbol tarixinə unudulmayacaq bir səhifə əlavə etdi. Braziliya – Almaniya (1:7) oyunundan sonra ölkənin bütün qəzetləri yaddaşlardan silinməyəcək manşetlərlə və qaraldılmış səhifələrlə çıxdılar.

“Jogo Extra”nın dünya kuboku səhifəsindən “Parabens” (Təbriklər) yazmışdı. Braziliya futbol tarixinə “Marakano faciəsi” olaraq keçən və 1950-ci il dünya kubokunda öz əlləri ilə Uruqvaya təslim etdikləri matça işarə edərək “bizə futbolda bundan daha böüyk utanclar göstərdiyiniz üçün, təşəkkürlər” deyərək tarixin ən böyük məğlubiyyətinə alov püskürürdülər.

Tarixi utanc və ya “Şərəf qolu”

Qəzetin baş səhifəsində 7 rəqəminə uyğun olaraq “Pior Vexame Da Historia” (Tarixin ən böyük utancı) yazılmışdı. Braziliyanın ən böyük qəzeti “O Qlobo” bu “utancı” maneştə verib səhifələrdə lağ edərək “Braziliya 1:7 Almaniya, milli komanda tarix yazdı” yazısına yer ayırmışdı. Bu faciənin günahkarı baş məşqçi Felipe Skolari idi. Hətta Skolariya yazılan bir başlıq həddindən artıq səs küy yaratmışdı. “O Dia” qəzeti “Va Pro İnferno Voce” (Cəhənnəmə get, Felipe) manşeti ilə gündəm olmuşdu.

Tarixi utanc və ya “Şərəf qolu”

Əslində hər şey yaxşı başlamışdı. Ev sahibi olmağın avantajı kimi hakimlərin azacıq da olsa, köməyi hiss edirilirdi. Braziliya məhz bu şəkildə finala kimi gəlmişdi. 5 qat dünya çempionu Braziliya! Hakim köməyinə ehtiyacmı var idi? Dünya futboluna istiqamət verən futbolçularıyla çıxıb oynadılar. Qarşılaşma da heç pis başlamadı. Tyaqo Silvanın qırmızı vərəqə üzündən oynamaması, Neymarın zədələnməsi böyük problem idi. Qarşılaşmadan sonra fotoqrafı ilə birlikdə ağlayaraq dua edən David Luiz, Marselo, Fernandino, Luis Qustavo, Halk, Oskar meydanda idi.

Tarixi utanc və ya “Şərəf qolu”

İlk 10 dəqiqədə Braziliya hücumlarda çox aktiv idi. Ən azından Marselonun və başqa futbolçuların adları eşidilirdi deyərkən ilk qol oldu. Futbolda belə hadisələr olur. 1:0 nədir ki? Nə “come-back”lar görmüşük düşündüyümüz zaman Miroslav Kloze hesabı 2:0 edib “Yekədiş” Ronaldonun rekordunu qırara DÇ tarixində 16 qol vuran oyunçu oldu. 23-cü dəqiqədir və hesab 2:0-dır. Fəlakətin fitilini bu qol alışdırdı. “Pentakampionlar” Çempionlar Liqasında “Real”, “Bavariya” kimi nəhənglərlə qarşılaşan 3-cü dərəcəli futbol ölkələrinin komandaları kimi qapısında 4 qol görmüşdü. Komanda fasiləyə 0:5 hesablı geriliklə yollandı.

Tarixi utanc və ya “Şərəf qolu”

Amma həmin lənətli gecə Braziliyanın yaxasından düşmədi. İkinci hissənin startından 15 dəqiqə sonra 6-cı qol gəldi. 10 dəqiqə sonra 7-ci dəfə “sambaçılar” mərkəzdən oyuna başladılar. Beləcə Braziliyanın dünya çempionatları tarixində ən böyükhesablı məğlubiyyəti və utancı yazıldı.

Uşaq olanda məhəllə oyunlarda 10 qolda oyun bitərdi. Qol vura bilməyən tərəfə qalib tərəf bir imkan yaradardı ki, fərqlənsin. Buna “şərəf qolu” deyirdilər. Cehennemi xatırladan qarşılaşmada Braziliyanın şərəf qolunu Oskar vurdu.

Həmin vaxtı qəzetlər Neymarın Şürrlenin ikinci qolundan sonra televizoru söndürüb qumara oynamağa getdiyini yazmışdılar.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler