» » DÇ-2018: Rusiya - Səudiyyə Ərəbistanına qarşı

DÇ-2018: Rusiya - Səudiyyə Ərəbistanına qarşı

Bölmə: Idman
DÇ-2018: Rusiya - Səudiyyə Ərəbistanına qarşıBu gün futbol üzrə 21-ci dünya çempionatı start götürür. Açılış oyununda ev sahibləri Rusiya ilə Səudiyyə Ərəbistanı milliləri 25 illik fasilədən sonra ilk dəfə qarşılaşacaq.

Xalqinfo.az xəbər verir ki, bu komandalar iniyədək yalnız bir dəfə üz-üzə gəlib. 1993-cü ilə təsadüf edən yoldaşlıq oyununda ərəblər 4:2 hesablı qələbə qazanıb.

Moskvanın "Lujniki” stadionunda baş tutacaq ikinci duel Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu Argentinadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Nestor Pitanaya yardımçıları - Xuan Pablo Bellatti və Hernan Maydana kömək edəcək. 4-cü hakim isə Braziliyadan Sandro Ricci olacaq.

Maraqlı məqamlar

* Səudiyyə Ərəbistanı FİFA reytinqində 67-ci pillədədir.

* Rusiya FİFA reytinqində 70-ci pillədədir.

* Rusiya 11-ci dəfə dünya çempionatının final mərhələsində iştirak edir.

* Səudiyyə Ərəbistanı 5-ci dəfə mundial həyəcanı yaşayacaq.

DÇ-2018. 1-ci tur

A qrupu


19:00 Rusiya - Səudiyyə Ərəbistanı

Baş hakim: Nestor Pitana (Argentina)


Yan xətt hakimləri: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)

Dördüncü hakim: Sandru Riççi (Braziliya)

Moskva. "Lujniki” stadionu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler