» » Səudiyyə şahzadəsi DÇ-2018 üçün otelin bütün mərtəbəsini icarəyə götürdü

Səudiyyə şahzadəsi DÇ-2018 üçün otelin bütün mərtəbəsini icarəyə götürdü

Bölmə: Idman
Səudiyyə şahzadəsi DÇ-2018 üçün otelin bütün mərtəbəsini icarəyə götürdü
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman əl-Səud Moskva səfəri zamanı öz nümayəndə heyəti ilə Kreml yaxınlığında yerləşən “Ritz Carlton” otelinin 11-ci mərtəbəsini tamamilə tutacaq.

Xalqinfo.az xəbər verir ki, bu haqda “Daily Storm” məlumat yayıb.

Məlumata görə, şahzadə və onun nümayəndə heyəti DÇ-2018-in açılışı üçün Rusiyaya doqquz təyyarədə gələcək. Onu öz cangüdənləri ilə yanaşı Kreml və Dövlət Dumasının təhlükəsizlik xidmətinin əməkdaşları mühafizə edəcək.

Otelin 11-ci mərtəbəsinə yalnız xüsusi buraxılışı olan şəxslərin qalxa biləcəyi bildirilir.

“Ritz Carlton” hələ ki, məsələyə münasibət bildirməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler