» » Çempionlar Liqasında ilkin mərhələnin püşkü atıldı

Çempionlar Liqasında ilkin mərhələnin püşkü atıldı

Bölmə: Idman
Çempionlar Liqasında ilkin mərhələnin püşkü atıldıBu gün Çempionlar Liqasında 2018/19 mövsümünün ilk mərhələsinin püşkü atılıb.

Xalqinfo.az xəbər verir ki, püşkün nəticəsi belə olub:

Çempionlar Liqası

Çempionlar yolu, ilkin mərhələ


"Santa Koloma" (Andorra) - "Drita" (Kosovo)

"La Fiorita" (San-Marino) - "Linkoln" (Cəbəllütariq)

Cütün qalibləri final matçında üz-üzə gələcək və qələbə qazanan komanda adını I təsnifat mərhələsinə yazdıracaq. Həmin klub Azərbaycan çempionu "Qarabağ”ın potensial rəqibinə çevriləcək.

ÇL-in 1-ci və 2-ci mərhələlərinin püşkü iyunun 19-da atılacaq.

Yeni avrokubok mövsümü isə iyunun 26-da start götürəcək. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə təsnifat mərhələlərində "böyük beşlik” klubları iştirak etməyəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler