» » Tofiq Bəhramovun nəvəsi -

Tofiq Bəhramovun nəvəsi - “Babam yaşasaydı, bu sözləri deyərdi”

Bölmə: Idman
Tofiq Bəhramovun nəvəsi -DÇ-2018-in başlamasına az müddət qalmış Böyük Britaniyanın "Daily Mirror" nəşri əfsanəvi azərbaycanlı hakim Tofiq Bəhramovun ailəsinin İngiltərə millisi ilə bağlı fikirlərini öyrənib.

Xalqinfo.az xəbər verir ki, qəzet Tofiq Bəhramovun nəvəsi Tofiq Bəhramova müraciət edib. Nəvə Bəhramov mundialda İngiltərəyə azarkeşlik edəcəyini açıqlayıb: “Mən həqiqətən də İngiltərənin çempionatda özünü yaxşı tərəfdən göstərəcəyini gözləyirəm. Biz inanırıq ki, onlar gözəl oyun nümayiş etdirəcəklər. İngiltərəyə uğurlar arzulayırıq. İnanıram ki, əgər babam yaşasaydı, o da bu sözləri söyləyərdi. Onun haqlı qərarı sayəsində İngiltərə 1966-cı ildə dünya çempionu oldu”.

Nəvə Bəhramov arzu edir ki, onun oğlu Bəhram ailəsinin futbol ənənəsini davam etdirəcək və nə zamansa İngiltərə Premyer Liqasında oynayacaq.

Qeyd edək ki, DÇ-1966-nın final matçında verdiyi qərarla Tofiq Bəhramov adının tarixə yazdırıb. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə Bəhramov Britaniya kraliçası tərəfindən "Qızıl fit" və "Qızıl ilahə"nin kiçik modelini almışdı.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler