» » İki güləşçimiz Avropa birincisi oldu

İki güləşçimiz Avropa birincisi oldu

Bölmə: Idman
İki güləşçimiz Avropa birincisi oldu
Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, Azərbaycan güləşçiləri ikisi qızıl olmaqla, ümumilikdə yeddi medal qazanıblar.

Doxsan iki kiloqram çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Şamil Zubairov dörddəbir finalda Rusiya, yarımfinalda isə Ermənistan təmsilçisini məğlub edib, idmançımız finalda Gürcüstan güləşçisi İrakli Mtsituri ilə qarşılaşıb. O, qızıl medal uğrunda görüşdə gürcüstanlı rəqibinə tam üstünlüklə (8:1) qalib gəlib.

İkinci qızıl medalın sahibi Yunan-Roma güləşçimiz İslam Abbasov (87 kq) olub.

Sərbəst güləşçilərimizdən Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dalqatov (65 kq) gümüş, Murad Süleymanov (79 kq) bürünc medala sahib olub. Yunan-Roma güləşçilərindən isə Murad Məmmədov (60 kq) və Eltun Vəzirzadə (82 kq) bürünc medala yiyələnib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler