» » Güləşçimiz erməni və rus idmançılarına qalib gəldi -

Güləşçimiz erməni və rus idmançılarına qalib gəldi - Avropa çempionatında

Bölmə: Idman
Güləşçimiz erməni və rus idmançılarına qalib gəldi - Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata əsasən, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

61 kq-da mübarizə aparan Elçin Vəliyev Rumıniya idmançısına qalib gəlsə də yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Eçinin həlledici görüşdə rəqibi Türkiyə idmançısı olacaq.

92 kq-da yarışan Şamil Zubairov isə ardıcıl olaraq Rusiya və Ermənistan təmsilçilərinə qalib gəlib və finala yüksəlib. Qızıl medal uğrunda görüşdə güləşçimizin rəqibi Gürcüstan idmançısı olacaq.

Final görüşləri Bakı vaxtı ilə 10 iyun saat 19:30-da başlayacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler