» » Prezident 1-ci Avropa Oyunlarına hazırlıq işlərilə tanış oldu

Prezident 1-ci Avropa Oyunlarına hazırlıq işlərilə tanış oldu

Bölmə: Idman, MANŞET
Prezident 1-ci Avropa Oyunlarına hazırlıq işlərilə tanış olduNoyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olub.

Xalqinfo.az aznews.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olmaq üçün paytaxtın bir sıra ərazilərində olub, icra edilən layihələrin gedişi və həyata keçirilən yenidənqurma və inşaat işləri ilə maraqlanıb.

Dövlət başçısı Bakı Olimpiya Stadionunun ətraf ərazilərində, mərkəzi küçə və prospektlərdə yol və nəqliyyat infrastrukturunun, Bayıl qəsəbəsindəki Su İdmanı Sarayının ətrafında həyata keçirilən abadlıq tədbirləri və müxtəlif idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərin gedişi ilə də tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyev işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler