» » “Nəticə mənim üçün ikinci planda idi” -

“Nəticə mənim üçün ikinci planda idi” - Rəşad Sadıqov

Bölmə: Idman
“Nəticə mənim üçün ikinci planda idi” - U-21 millimiz yoxlama görüşündə səfərdə Qazaxıstanla 1:1 hesablı heç-heçə edib.

Xalqinfo.az xəbər verir ki, yığmmaızın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra fikirlərini bildirib

O, komandaların ifasında yaxşı oyun izlədiklərini bildirib: “Yaxşı oyun oldu. Hər iki komandanın ifasında baxımlı futbol izlədik. Komandalar topa daha çox nəzarət etmək istəyirdi. Qazaxıstan yığması hazırda seçmə mərhələdə yüksək yerlər uğrunda mübarizə aparır. Bizdə isə fərqli məqsəd var. Biz yeni komanda qururuq. U-20 komandasından 7 nəfəri bu gün start heyətində meydana buraxdıq. Renad Dadaşov hələ hazır deyil. Son vaxtlar yalnız fərdi məşqlər edib. İstəyirdim ki, bizimlə birgə olsun, komandanı hiss etsin. Ona görə də meydana buraxdım. Ümumiyyətlə, futbolçulardan razı qaldım. Meydanda çox çalışdılar. Verilən tapşırıqları yerinə yetirmək istəyirdilər. Səfərdə oynayırdıq və nəticə də pis deyil”.

Gənc mütəxəssis oyunun sonlarında millimizin qapısına verilən penalti epizodunu şərh edib: "Əsas oyun planımız idi. İstədiyimiz oyunu meydanda tətbiq edə bildik. Oyunun nəticəsi mənim üçün ikinci planda idi".

Sadıqov rəqib komanda haqda xoş sözlər səsləndirib: "Qazaxıstan yaxşı komandadır. Bu komandanı dəstəkləyəcəyik. Ölkənizdə futbolun inkişafı haqda müsbət düşüncələrim yarandı. "Astana" komandasının uğurlarını buna misal gətirmək olar. Fikrimcə, Qazaxıstan düzgün yoldadır".

35 yaşlı çalışdırıcı "Qəbələ"dən ayrılaraq "Astana"nın "sükanı arxası"na keçən Roman Qriqorçuk barəsində bunları söyləyib: "O, maraqlı insan və yaxşı məşqçidir. Qriqorçukla mübarizə aparmaq maraqlı idi. Ona uğurlar arzulayıram".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler