» » Zidan “Real”ı Ronaldoya görə tərk edib

Zidan “Real”ı Ronaldoya görə tərk edib

Bölmə: Idman
Zidan “Real”ı Ronaldoya görə tərk edibMadrid “Real”ının sabiq baş məşqçisi Zinedin Zidan hücumçu Kriştianu Ronaldunun müqaviləsinin müddətinin uzadılması ilə bağlı baş verən problem səbəbindən ispan klubunu tərk edib.

Xalqinfo.az xəbər verir ki, bununla bağlı AS portalı məlumat yayıb.

Bildirilib ki, Ronaldunun və hücumçu Qaret Beylin taleyi ilə bağlı qeyri-müəyyənlik Zidanı narahat edib.

Nəşr qeyd edib ki, baş məşqçinin klub prezidenti Florentino Peres ilə transfer siyasətində fikir ayrılıqları olub. Peres “Atletik”in qapıçısı Kep Arrisabalaq ilə müqavilə imzalamağa hazırlaşıb, bu zaman Zidan Keylor Navasın oyununu bəyəndiyini bildirib.

Bundan başqa, “Real”ın şefi Zidanın Robert Levondovski və Neymar kimi oyunçuları almaq fikrinə qarşı çıxıb.

Zidan mayın 31-də “Real”dan istefa verdiyini açıqlayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler