» » “Bavariya” “Real”ın futbolçusunu alır

“Bavariya” “Real”ın futbolçusunu alır

Bölmə: Idman
“Bavariya” “Real”ın futbolçusunu alırMadrid “Real”ının yarımmüdafiəçisi Sami Xedira yanvarda klubunu dəyişəcək. Xalqinfo.az lent.az-a istinadən bildirir ki, 27 yaşlı futbolçu karyerasını Almaniyada davam etdirməyə çox yaxındır. Belə ki, onunla “Bavariya” danışıq aparır. İspan mediası madridlilərin də bu transferə qarşı olmadığını iddia edir. Danışıqlar baş tutsa, Münhen klubu Xediranın transferinə 7,6 milyon avro xərcləyəcək. Futbolçunun son zamanlar oyun praktikasının az olması onun qiymətinə də təsir edib.
Qeyd edək ki, Xedira 2010-cu ildən “Real”ın formasını geyinir. O bu vaxta qədər “kral klubu”nun heyətində 150 matçda 9 qola imza atıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler