» » Hakim bu oyuna görə həbs olundu –

Hakim bu oyuna görə həbs olundu – Video

Bölmə: Idman
Hakim bu oyuna görə həbs olundu –
Serbiyadan olan futbol hakimi Srcan Obradoviç yerli çempionatın 36-cu turu çərçivəsində keçirilən matçda təyin etdiyi iki penaltiyə görəhəbs olunub.

Xalqinfo.az xəbər verir ki, bu barədə "USA Today” məlumat yayıb.

Mayın 13-də Subotiça şəhərinin "Spartak” komandası öz meydanında "Radniçki”ni qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda Obradoviç Subotiça klubunun xeyrinə bir sıra şübhəli qərarlar çıxarıb: ikinci hissənin əvvəlində referi qonaqların hücumçusuna iki dəfə sarı kart göstərərək, onu meydançadan qovub.

Daha sonra isə 13 dəqiqə ərzində "Radniçki”nin qapısına iki 11 metrlik cərimə zərbəsi təyin edib. Hər iki penaltini Nemanya Nikoliç qola çevirib.

Hakim barəsində iki sutkalıq həbs qətimkan tədbiri seçilib. Obradoviç futbol meydanında xidməti vəzifəsindən sui-istifadə etməkdə şübhəli bilinir.(oxu.az)



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler