» » Azərbaycan millisi yeni baş məşqçi ilə müqavilə imzaladı -

Azərbaycan millisi yeni baş məşqçi ilə müqavilə imzaladı - FOTO

Bölmə: Idman
Azərbaycan millisi yeni baş məşqçi ilə müqavilə imzaladı -Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
Xalqinfo.az apasport.az-a istinadən xəbər verir ki, yığmamız türkiyəli mütəxəssis Bülənt Karslıoğluya etibar edilib.

Artıq tarixin yaddaşına qovuşan “İqtisadçı”nın sabiq baş məşqçisi 1 illik müqaviləyə imza atıb. Bu mərasimdə Azərbaycanı Voleybol Federasiyasının baş katibi Elşən İsmayılov təmsil edib.

Razılaşmaya əsasən, türkiyəli mütəxəssis tək əsas yığmaya rəhbərlik etməyəcək. O, həmçinin bütün yaş qrupları üzrə komandalarımızın çıxışına cavabdehlik daşıyacaq. Bir sözlə, Karslıoğlu kişilərdən ibarət yığmalarımızda direktor vəzifəsini də həyata keçirəcək.

Təcrübəli mütəxəssisin qarşısına əsas məqsəd kimi Bakıda keçiriləcək I Avropa Oyunlarında uğurlu çıxış tapşırığı qoyulub. O, bununla yanaşı, yeni gənc nəslin yetişməsinə, onların təcrübə toplamasına və əsas komandada ciddi rəqabətin yaranmasında öz köməkliyini göstərməlidir.

Karslıoğlu bu postda kubalı Sillie Tabares Leonardonu əvəzləyib.

Azərbaycan millisi yeni baş məşqçi ilə müqavilə imzaladı -Azərbaycan millisi yeni baş məşqçi ilə müqavilə imzaladı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler