» » Futbol məşqçimizin qızı Rusiya adından çempion oldu

Futbol məşqçimizin qızı Rusiya adından çempion oldu

Bölmə: Idman
Futbol məşqçimizin qızı Rusiya adından çempion oldu
Futbol üzrə Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızı Lala Kramarenko Bakıda keçirilən “AGF Junior Trophy” beynəlxalq turnirində halqa ilə hərəkətlərdə qızıl medal qazanıb.

Xalqinfo.az xəbər verir ki, 14 yaşlı idmançı Milli Gimnastika Arenasındakı turnirdə Rusiya yığmasının heyətində I yerə layiq görülüb.

O, 17,750 xalla rəqiblərini qabaqlayıb. Bu yarışda Azərbaycan idmançısı Dərya Farşbafşəhriyari 15,600 göstərici ilə III yeri tutub.

Yığmanın daha bir üzvü - Nərminə Səmədova topla hərəkətlərdə gümüş medal qazanıb. O, 16,050 göstərici ilə II yeri tutub. I yerə isə 17,650 göstərici ilə rusiyalı Darya Trubnikova çıxıb.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda mübarizə aparırlar. Azərbaycan millisi ilk yarış günündə komanda hesabında bürünc medal qazanıb.

Dərya Farşbafşəhriyari və Arzu Cəlilova bütün alətlər üzrə çıxışlarının nəticəsinə əsasən ümumilikdə 89,250 xal toplayaraq, III yeri tutublar.

Onu da bildirək ki, Dmitri Kramarenko Rusiya vətəndaşlığı olsa da, Lənkəranda anadan olub. Millimizin və “Neftçi”nin sabiq qapıçısı Qurban Qurbanovun təyinatından sonra əsas yığmamıza köməkçi məşqçi təyin edilib. Onun atası Sergey Kramaranko da Gəncədə doğulmuş Azərbaycan rusudur və “Neftçi”nin qapıçısı olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler