» » Daha iki boksçumuz 1/4 finalda

Daha iki boksçumuz 1/4 finalda

Bölmə: Idman
Daha iki boksçumuz 1/4 finaldaKoreyanın Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatında 1/4 finalçıların adları məlum olub. apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının 3 üzvü bu mərhələdə mübarizə aparmaq hüququ qazanıb.

Belə ki, Yelena Vıstropovadan sonra daha iki boksçumuz – Anna Əlimərdanova (54 kq) və Yana Alekseyeva da (60 kq) növbəti mərhələyə yüksəliblər. Əlimərdanova 1/8 finalda İrlandiya idmançısı Mikaella Volşu məğlub edib – 2:0. Boksçumuz 1/4 finalda türkiyəli Ayşə Taşla üz-üzə gələcək.

Alekseyeva isə ukraynalı Yuliya Tsıplakovanı mübarizədən kənarlaşdırıb – 3:0. Seçmə komandamızın üzvünün növbəti rəqibi Avstraliya təmsilçisi Şelli Vatts olacaq.

Qeyd edək ki, dünən Yelena Vıstropova da (69 kq) 1/4 finala vəsiqə qazanmışdı. Bu mərhələnin görüşləri noyabrın 21-də keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler