» » Avtobusu mühasirəyə alıb, baş direktoru istefaya çağırdılar -

Avtobusu mühasirəyə alıb, baş direktoru istefaya çağırdılar - Video

Bölmə: Idman
Avtobusu mühasirəyə alıb, baş direktoru istefaya çağırdılar -"Ayaks”da olduqca gərgin durum yaranıb.

Xalqinfo.az Unikal.org-a istinadən xəbər verir ki, Hollandiya çempionatının 31-ci turunda "Ayaks” PSV-yə 0:3 hesabı ilə məğlub olub. Eyndhoven klubu əzəli rəqib üzərindəki qələbədən sonra çempionluğu rəsmiləşdirib.

Bundan sonra "Ayaks”ın fanatlarının etirazı başlayıb. Futbolçuları gətirən avtobus Amsterdama qayıtdıqdan sonra, "Yohan Kroyf Arena”nın qarşısınsda fanatlar avtobusu mühasirəyə alıblar.

Özlərini aqressiv aparan azarkeşlər avtobusun pəncərələrini döyəcləyib, klubun baş direktoru Edvin van der Sarın istefasını tələb ediblər.

Avtobusdan çıxmağa məcbur olan Edvin fanatlarla söhbət edib. Ona baş məşqçi Erik ten Haq da qoşulub. Onlar fanatları nisbətən sakitləşdirməyə və avtobusu mühasirədən çıxarmağa nail olublar.


Avtobusu mühasirəyə alıb, baş direktoru istefaya çağırdılar -
Avtobusu mühasirəyə alıb, baş direktoru istefaya çağırdılar -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler