» » Millimiz 45-ci sırada

Millimiz 45-ci sırada

Bölmə: Idman
Millimiz 45-ci sırada "Sport-ekspress” nəşri AVRO-2016-nın seçmə mərhələsində mübarizə aparan yığmaların qiymətlərini açıqlayıb.

Xalqinfo.az sportnet.az-a istinadən bildirir ki, milli komandamızın da yer aldığı qiymətləndirmədə ən yüksək nəticə İspaniya milllisinə aiddir. Millilər qiymətləndirməyə görə 9 qrupa bölünüblər. Azərbaycan millisi bu sıralamada 53 komanda arasında 45-ci yerdə qərarlaşıb. Yığmamızın ümumi qiyməti 6,55 milyon avrodur. İspaniya kollektivi isə 505 milyon avroluq heyəti ilə ilk pilləni tutur.

Komandamızın AVRO-2016-dakı rəqiblərindən İtaliya 330,5 milyon avroluq heyəti ilə 3-cü qrupda yer alıb. Ümumi sıralamada isə 6-cı pillədədir. Xorvatiya millisi 251,6 milyon avro ilə 4-cü qrupda, ümumilikdə isə 7-ci pillədə yerləşir.

Noyabrın 16-da Bakıda qəbul edəcəyimiz Norveç yığması isə 6-cı qrupda yer alıb. Komanda 42,7 milyon avroluq heyəti ilə 28-ci sıradadır.

Bolqarıstan millisinin heyəti isə 37,4 milyon avro dəyərindədir. Rəqibimiz Norveç kimi 6-cı qrupda, ümumilikdə isə 31-ci yerdədir.

Rəqiblərimizdən ən ucuz heyət Malta yığmasındadır. 7-ci qrupda yer alan millinin heyəti 2,40milyon avrodur. Sıralamada isə 49-cu pillədədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler